SOCAR - State Oil Company of Azerbaijan Republic

09/11/2024 | Press release | Distributed by Public on 09/11/2024 02:23

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin birinci yarısı üzrə audit olunmuş fəaliyyət nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2024-cü il üzrə büdcə proqnozları və ƏSG hədəfləri müzakirə edilib.

Müşahidə Şurasının iclasında, həmçinin SOCAR-ın ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.