10/22/2024 | Press release | Distributed by Public on 10/22/2024 05:09
22 oktyabr 2024-cü il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində nümayəndə heyətinin Vaşinqton şəhərində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirakı, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən İllik Toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Keçirilən görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.
22.10.2024